BAKI, 3 mart. TELEQRAF
İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd edilib ki, münaqişə bölgəsində Azərbaycan səfirlikləri və konsulluqları fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.