BAKI, 3 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranın şimal hissəsinə zərbə endirməyi planlaşdırdığını açıqlayıb və ərazidə yaşayan sakinləri təxliyə olunmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın sözçüsü Aviçay Adrai “X” sosial şəbəkəsində paylaşım edib.

“Evin rayonunda, xüsusilə dövlət televiziyasının qərargahı yaxınlığında olan hər kəs dərhal xəritədə qeyd olunan əraziləri tərk etsin. Yaxın saatlarda SAXAL İranın hərbi infrastruktur obyektlərinə zərbə endirəcək”, - deyə Adrai bildirib.

Paylaşım peyk görüntüsü ilə müşayiət olunub və həmin ərazidə konkret rayon vurğulanıb.