BAKI, 3 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranda hökumət obyektlərinə qarşı yeni zərbələr dalğasına başladığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“SAXAL Tehranda İran rejiminə məxsus obyektlərə zərbələr dalğasına başlayıb”, - deyə açıqlamada bildirilir.

Qurum əlavə edib ki, əməliyyatla bağlı ətraflı məlumat daha sonra açıqlanacaq.