BAKI, 3 mart. TELEQRAF

ABŞ-nin İrana qarşı hərbi kampaniyası qarşıya qoyulan məqsədlər yerinə yetirilənədək davam edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Konqresdə jurnalistlərə açıqlamasında bildirib.

“Bunun nə qədər vaxt aparacağını bilmirəm. Bizim məqsədlərimiz var. Həmin məqsədlərə çatmaq üçün nə qədər lazımdırsa, o qədər fəaliyyət göstərəcəyik. Və onlara nail olacağıq”, - deyə Rubio qeyd edib.