BAKI, 2 yanvar. TELEQRAF

ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "X"-də yazıb.

Tomçik qeyd edib: "Amerika Birləşmiş Ştatları hökuməti Polşadakı dörd baza - Drawsko Pomorskie, Powidz, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib".

Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki Amerika hərbi obyektlərinə hər il 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.

Hazırda Polşada 10 mindən çox Amerika əsgəri yerləşdirilib.