BAKI, 2 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Xerson bölgəsində mülki əhaliyə hücumunu 2014-cü il mayın 2-də Odessada baş verən faciə ilə müqayisə edib.
Teleqraf xəbər verir ki, bu barədə Telegram-da bölgənin rəhbəri Volodimor Saldo məlumat verib.
Onun sözlərinə görə, Putin bu qiymətləndirməni Xorlı kəndindəki kafe və otelə dron hücumu ilə bağlı məlumatı dinləyəndən sonra səsləndirib.
Saldo yazıb: "Vladimir Vladimiroviç bu cinayətin qəddarlıq, qeyri-insanilik baxımından 2 may 2014-cü ildə Odessada insanların yandırılması ilə eyni olduğu fikri ilə razılaşdı".
Qeyd edək ki, Yeni il gecəsi Xerson bölgəsində mülki vətəndaşların Yeni ili qeyd etdiyi yerə pilotsuz təyyarə hücumu edilib. Nəticədə 24 nəfər ölüb, onlarla insan yaralanıb.
Xatırladaq ki, 2 may 2014-cü ildə Odessanın Aleksandrovsk prospektində bir qrup fəal "Maydan" və "Sağ sektor" fəallarının təşkil etdikləri "Ukraynanın birliyi uğrunda" yürüşün keçirilməsinə qarşı çıxıbıar. Bu zaman 4 nəfər ölüb. Daha sonra "Ukraynanın birliyi" tərəfdarları federallaşma tərəfdarlarının toplaşdıqları Kulikovo çölünə gəliblər və onlara hücum ediblər. Nəticədə Rusiyapərəst qüvvələr geri çəkilərək Həmkarlar Evinin binasına toplaşıblar. Toqquşma nəticəsində bina yanmağa başlayıb. Yanğın nəticəsində binada 30 nəfər həlak olub.