BAKI, 2 yanvar. TELEQRAF
Atlantik okeanında, Qambiya sahilləri yaxınlığında qeyri-qanuni yolla İspaniyaya məxsus Kanar adalarına keçməyə çalışan miqrantları daşıyan gəminin batması nəticəsində ən azı yeddi nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qambiyanın Dövlət televiziya və radio yayımı xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt Banjul yaxınlığında batan gəmidə olan 96 nəfər xilas edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, miqrantlar Qambiya sahillərindən təxminən 1 550 km məsafədə yerləşən Kanar adalarına çatmağa cəhd ediblər.