BAKI, 1 yanvar. TELEQRAF

İsveçrə Krans-Montana xizək kurortundakı barda baş verən yanğından sonra beş günlük matəm elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Qay Parmelin məlumat verib .

Parmelin qeyd edib ki, matəm günlərində Berndəki bayraqlar yarıya endiriləcək.

Yanvarın 1-nə keçən gecə İsveçrənin Krans-Montana xizək kurortundakı "Constellation" barında yanğın baş verib.

Hadisə nəticəsində təxminən 40 nəfər ölüb, azı 115 nəfər yaralanıb.