BAKI, 25 dekabr. TELEQRAF

Azərbaycanın Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd edib.

Bu barədə Teleqraf-a səfirlikdən bildirilib.

Təşəbbüs çərçivəsində səfirlik Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Rosangella Barbaran ilə birlikdə Peru paytaxtının Komaz rayonunda yerləşən Las Lomas de Nueva Esperanza ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına bayram münasibətilə hədiyyələr təqdim edib, onlara bayram ab-havası yaşadıb.

Aksiya həmin rayonun yerli icra orqanları və sakinləri tərəfindən yüksək dəyərləndirilib, göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olunub.