BAKI, 25 dekabr. TELEQRAF
Moskvada avtomobilin vurması nəticəsində SSRİ KP MK-nın baş katibi Mixail Qorbaçovun keçmiş müşaviri, politoloq Boris Slavin xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Boris Slavini “Mercedes” markalı avtomobil vurub. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Politoloqun oğlu Boris Slavin atasının reanimasiya şöbəsində müalicə aldığını bildirib.