BAKI, 25 dekabr. TELEQRAF

Gürcüstanda 36 yaşlı Rusiya vətəndaşı Tbilisi Beynəlxalq Hava Limanında yüz minlərlə dollar dəyərində kokainlə həbs edilib.

Teleqraf xəbər verir ki, saxlanılan şəxsin bağlamasında qara bazarda 1 milyon laridən çox dəyərində 1 kq 200 qram kokain müsadirə edilib.

Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq başlanıb.

Şübhəlini 20 ilə qədər həbs cəzası gözləyir.