BAKI, 24 dekabr. TELEQRAF

ABŞ ukraynalılarla təhlükəsizlik məsələlərini demək olar ki, həll edib, amma ərazi məsələsi qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News"a bildirib.

Onun sözlərinə görə, hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır: "Bu, silahsızlaşdırılmış zona, ya da iqtisadi zona ola bilər. Moskva buna etiraz etmir. Atəşkəs və sülhməramlılar məsələsi də həll olunmalıdır. Vaşinqton hesab edir ki, tərəflər münaqişənin həllinə yaxınlaşırlar. Lakin Rusiya və Ukraynanın razılığını tələb edən hələ də həll olunmamış məsələlər var" - M.Uitaker qeyd edib.