BAKI, 14 dekabr. TELEQRAF

Krım yarımadasında yerləşən Simferopol şəhəri yaxınlığındakı Bitumnoye qəsəbəsində neft bazasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, obyekt ərazisində yanğın qeydə alınıb və ilkin məlumatlara görə neft məhsulları saxlanılan çənlər yanır.

Eyni zamanda monitorinq qrupu Cankoy şəhərində yerləşən 330 kV-luq “Cankoy” elektrik yarımstansiyasının zədələndiyini də bildirib.

Hadisələrin səbəbləri və mümkün fəsadları ilə bağlı əlavə məlumat verilməyib.