BAKI, 14 dekabr. TELEQRAF
ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə şəhər meri Brett Smailli məlumat verib.
"Mən təsdiqləyə bilərəm ki, bu gün günortadan sonra iki nəfər ölüb, hələ səkkiz nəfər kritik vəziyyətdədir. Hazırda atəş açan şəxs tutulmayıb. Onun axtarışları davam edir. Polis və ABŞ Federal Təhqiqat Bürosu (FTB) cinayətkarı tapmaq üçün sıx əməkdaşlıq edirlər.
Məlumatın yayımı Fox News telekanalı tərəfindən həyata keçirilir.