BAKI, 14 dekabr. TELEQRAF
İtaliyanın "Milan" klubu İngiltərə "Arsenal"ının futbolçusu Qabriel Jesusla maraqlanır.
Teleqraf "Corriere dello Sport"a istinadən xəbər verir ki, "rossoneri"lər 28 yaşlı hücumçunu qış transfer pəncərəsində icarəyə götürmək istəyir.
Mənbənin məlumatına görə, Milan təmsilçisi maliyyə çətinlikləri səbəbindən braziliyalı futbolçunu tam transfer etməyi düşünmür. Klub oyunçunun 16 milyon avroluq illik maaşının da bir hissəsini ödəmək niyyətindədir.
Qeyd edək ki, Qabriel Jesus cari mövsüm ərzində cəmi iki oyuna çıxıb. Onun "Arsenal"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.