BAKI, 14 dekabr. TELEQRAF

Almaniyanın Aşağı Bavariya bölgəsində Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, cümə günü Dinqolfing şəhərində yerləşən Milad bazarında terror aktı törətməyi planlaşdırdıqları iddia edilən beş nəfər polis tərəfindən həbs edilib.

Saxlanılan şəxslərin üçü Mərakeş, biri Misir, digəri isə Suriya vətəndaşıdır. Onların Milad bazarına avtomobillə daxil olaraq hücum etməyi planlaşdırdıqları bildirilir.

Qeyd olunur ki, Almaniya polisi təhlükəsizlik səbəblərini əsas gətirərək Maqdeburq şəhərində Milad bazarının fəaliyyətini müvəqqəti olaraq qadağan edib. Qadağa 2024-cü ildə Milad bazarında insanların üzərinə avtomobil sürən Taleb əl-Əbdülmohsenin məhkəmə prosesinin başlanması ilə əlaqələndirilir.