BAKI, 14 dekabr. TELEQRAF

"Suriyada hərbçilərimizə qarşı edilən hücuma cavab olaraq ciddi tədbirlər görəcəyik".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir tərcüməçinin öldürülməsinə münasibət bildirərkən qeyd edib.

O, itkiyə görə kədərləndiyini bildirib və üç yaralı əsgər üçün də dua etdiyini deyib.

“Bu, Suriyanın çox təhlükəli bir hissəsində ABŞ-yə və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”,- deyə Tramp bildirib.