BAKI, 14 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutacaq.

Əvvəlcə “Qəbələ" Yevlaxda "Kəpəz"in qonağı olacaq.

Rəvan Həmzəzadənin idarə edəcəyi görüşün start fiti saat 14:00-da eşidiləcək.

Günün digər oyununda isə “Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Rəşad Əhmədova həvalə olunan qarşılaşma saat 17:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası

XV tur

14 dekabr

14:00. "Kəpəz” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Emin Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Azersun Arena”.