BAKI, 14 dekabr. TELEQRAF
İsrail ordusu Fələstinin HƏMAS qrupunun baş komandanı Raad Saadın Qəzza şəhərinə endirilən hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
Teleqraf xəbər verir ki, Saad Raad üç nəfərlə birlikdə öldürülüb.
Saad HƏMAS-ın silah istehsalı qərargahının rəhbəri idi və qrupun sonuncu hərbi lideri İzz əd-Din Həddaddan sonra ikinci şəxs hesab olunurdu.