BAKI, 13 dekabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki Boeing F/A-18E/F Super Hornet qırıcısı Venesuela sahilləri yaxınlığındakı hava məkanında uçub.

Teleqraf xəbər verir ki, bu barədə Flightradar24 xidmətindən məlum olub.

Məlumata görə, hər iki təyyarənin uçuşunu onlayn platformada 80 mindən çox istifadəçi izləyib.