BAKI, 13 dekabr. TELEQRAF
ABŞ-nin xüsusi təyinatlı qüvvələri noyabr ayında Çindən İrana doğru hərəkət edən gəmidə əməliyyat apararaq oradakı yükü müsadirə edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyat gəmi Şri-Lanka sahilləri yaxınlığında olarkən həyata keçirilib. ABŞ kəşfiyyatının iddiasına əsasən, göyərtədə İrana məxsus raket proqramı üçün nəzərdə tutulduğu güman edilən ikili təyinatlı məhsullar olub.
Yük müsadirə edildikdən sonra gəmi marşrutunu davam etdirib.