BAKI, 13 dekabr. TELEQRAF

Rusiya ilə Çin arasında vizasız rejimin tətbiqi Yaponiyanın turizm gəlirlərinə ciddi zərbə vurub.

Teleqraf xəbər verir ki, bu barədə Çinin "NetEase" nəşri qeyd edib.

Məlumata görə, Çin turistləri Yaponiyaya səfərləri kütləvi şəkildə ləğv edərək Rusiyanı seçməyə başlayıblar. Bu dəyişiklik Yaponiyaya 1,79 trilyon yenə (təxminən 11 milyard dollar) yaxın itki gətirib.

Nəşrin analitikləri yazırlar ki, Moskvanın Tokio ilə münasibətlərin gərgin fonunda atdığı addım "Putinin mürəkkəb şahmat gedişi" kimi qiymətləndirilir və bunun nəticəsində böyük turist axını Rusiyaya yönəlib.

2 dekabrda Çin XİN rəsmisi Lin Szyan bildirmişdi ki, vizasız gediş-gəliş iki ölkə arasında dostluğu möhkəmləndirəcək.

1 dekabrda isə Prezident Vladimir Putin Çin vətəndaşlarına 30 günədək vizasız giriş imkanı verən fərmanı imzalayıb. Qayda 14 sentyabr 2026-ya qədər qüvvədə olacaq.