BAKI, 12 dekabr. TELEQRAF

ABŞ administrasiyası yaxın həftələrdə Venesuela nefti daşıyan daha bir neçə tankerin ələ keçirilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mənbələr bildirir ki, Vaşinqton Nikolas Maduronun hökumətinə təzyiqi artırmaq məqsədilə yeni həbslərə hazırlaşır.

Məlumata görə, ABŞ artıq "bir neçə tanker"dən ibarət siyahı tərtib edib və onların yaxın zamanda saxlanıla biləcəyi istisna olunmur. Bu addım Venesuela neft ixracına qarşı tətbiq edilən sanksiya mexanizminin daha da sərtləşdirilməsi kimi dəyərləndirilir.