BAKI, 12 dekabr. TELEQRAF
Yaponiyanın şimal-şərqində, Aomori prefekturası sahillərində 6,7 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, Milli Meteorologiya İdarəsi 1 metr hündürlüyə çata biləcək sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.
"Kyodo" agentliyinin məlumatına görə, zəlzələdən sonra Yaponiyanın şimal-şərqində yerləşən atom elektrik stansiyalarında hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. "TEPCO" şirkəti Aomoridəki "Hiqasidori" və Miyigidəki "Onaqava" atom elektrik stansiyalarında problem olmadığını bildirib.