BAKI, 11 dekabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela sahillərində saxlanılan tankerdəki neft ABŞ tərəfindən müsadirə olunacaq.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən danışıb.
“Güman edirəm ki, onu özümüzdə saxlayacağıq”, - deyə Tramp tankerin daşıdığı neftin taleyinə dair suala cavab verib.
Bundan əvvəl o, ABŞ-nin həmin tankeri saxladığını təsdiqləmiş və yaxın zamanda insidentlə bağlı detalların, eləcə də görüntülərin açıqlanacağını bildirmişdi. Prezident həmçinin gəminin sahibinə dair məlumatın da açıqlanacağını əlavə edib.