BAKI, 8 dekabr. TELEQRAF

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın noyabrın 5-də Qroznıda onun evinə yaxın əraziyə endirilən PUA zərbəsindən sonra Kiyevə yeni hədələr səsləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə Kadırovun evindən 830 metr aralıdakı 28 mərtəbəli Grozny-City qülləsinə dəyib.

Kadırov Telegram-da hücumu təsdiqləyərək itkilərin olmadığını bildirib və Ukraynaya sərt cavab veriləcəyini bildirib:

“Ukrayna faşistləri yaxın günlərdə ciddi cavab hiss edəcəklər. Biz mülki obyektləri hədəfə almırıq.”

Ukrayna tərəfi isə Çeçen liderinin bəyanatlarını yeni sui-qəsd hədəsi kimi qiymətləndirir. Ukraynanın keçmiş hökumət nümayəndəsi "Fox News"a deyib ki, Kadırovun ritorikası 2022-ci ildə Kiyevə sızaraq Zelenskiyə sui-qəsd etməyə cəhd göstərən çeçen dəstələrinin planını xatırladır.