BAKI, 8 dekabr. TELEQRAF
Sudanın cənubundakı Kordofan bölgəsində para-hərbi Rapid Support Forces (RSF) tərəfindən həyata keçirildiyi iddia edilən dron hücumu uşaq bağçasını hədəfə alıb.
Teleqraf xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsinin məlumatına görə, hücum nəticəsində 33-ü uşaq olmaqla 50 nəfər həlak olub.
Hadisə cümə axşamı Kalogi şəhərində baş verib. Tibb işçiləri yaralılara yardım göstərərkən ikinci dron zərbəsinin də endirildiyi bildirilib. Hüquq müdafiəçiləri üçüncü mülki obyektin də vurulduğunu açıqlayıb.