BAKI, 26 yanvar. TELEQRAF
"Hazırda ölkəmizdə dabaq xəsətliyi ilə bağlı vəziyyət stabildir".
Bunu Teleqraf-ın sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, dabaq xəstəliyi fonunda dönərxanalarda uyğunsuzluq aşkar edilməyib.
Əziz Şərifov onu da qeyd edib ki, ötən il ölkəyə idxal olunan palma yağının miqdarı əvvəlki dövrlə müqayisədə 36% azalıb.