BAKI, 25 yanvar. TELEQRAF
Qəzza zolağı üzrə Sülh Şurasının yüksək rütbəli nümayəndəsi Nikolay Mladenov İsrail rəhbərliyi ilə “Rafah” keçid məntəqəsinin açılmasını müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" ABŞ-dəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Qəzza zolağı üzrə Sülh Şurasının yüksək nümayəndəsi, Bolqarıstan vətəndaşı Nikolay Mladenov yanvarın 26-da İsrailə səfər etməyi planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, səfər çərçivəsində Mladenov İsrail rəhbərliyi ilə Qəzza zolağı ilə Misir arasındakı “Rafah” keçid məntəqəsinin açılması məsələsini müzakirə edəcək. Qeyd olunur ki, keçidin açılması ilə bağlı qərar yaxın günlərdə qəbul oluna bilər.
Bundan əlavə, danışıqlarda Qəzza zolağında vəziyyətin nizamlanmasına dair planın icrası ilə bağlı digər məsələlərin də gündəmdə olacağı gözlənilir.