BAKI, 26 yanvar. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 26-28 yanvar tarixlərində Strasburqda (Fransa) işgüzar səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Strasburqda Ermənistanın Avropa Şurasına üzvlüyünün 25-ci ildönümünə həsr olunmuş tədbirlər planlaşdırılır.

Yanvarın 28-də Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edəcək.