BAKI, 26 yanvar. TELEQRAF

Xaçmazda 5400 abonentin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Niyazabad yolu istiqamətində istismarda olan orta təzyiqli qaz kəmərinin üzərində quraşdırılan qaz tənzimləyicidə baş verən nasazlıqla əlaqədar bu gün saat 10:00-dən işlər yekunlaşanadək qaz təchizatı dayandırılıb.

"Qaz təchizatı dayandırılan müddətdə şəhərin müəyyən hissəsi və 8 kənd ( Qarabağlı, Niyazabad, Əbilyatağı, Gülalan, İlxıçı, Qaraçı, Cığatay və Ağçay) olmaqla ümumilikdə 5400 abonentin qaz təchizatında fasilə yaranıb".