BAKI, 6 dekabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron dekabrın 8-də Londonda ukraynalı həmkarı Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün sosial şəbəkə hesabında yazıb.
Fransa prezidenti bildirib ki, danışıqlarda əsas diqqət Ukraynadakı nizamlanmaya yönələcək.
Emmanuel Makron vurğulayıb ki, görüşün məqsədi ABŞ-nin Rusiya və Ukrayna ilə apardığı danışıqların nəticələrini ümumiləşdirməkdir.
“Biz amerikalılarla birlikdə Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün səylərimizi davam etdirəcəyik, bunsuz davamlı sülh mümkün deyil”, - Makron qeyd edib.