BAKI, 27 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İran sahilləri yaxınlığında yerləşdirilən Amerika hərbi qruplaşmasının miqyas baxımından daha əvvəl Venesuela istiqamətində cəmləşdirilmiş qüvvələri artıq üstələdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, hazırda İran yaxınlığında çox böyük Amerika hərbi armadası mövcuddur və bu qüvvələr Venesuela sahilləri ətrafında yerləşdirilmiş əvvəlki qruplaşmadan daha genişdir.