BAKI, 26 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması barədə fərman imzalayıb.
Prezidentin saytında dərc olunmuş sənəddə deyilir: "Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə bağlanmış MDB üzv dövlətlərinin sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında sazişdən çıxdığını elan edir ".
Ukrayna Xarici İşlər Nazirliyinə bu qərarın razılığı barədə depozitarı məlumatlandırmaq tapşırılıb.