BAKI, 26 yanvar. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Hayyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, Fidanın HƏMAS nümayəndə heyəti ilə görüşündə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı müzakirə aparılıb.
H.Fidan Türkiyənin əsasən Sülh Şurası və digər platformalar vasitəsilə qəzzalıların hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verib.