BAKI, 26 yanvar. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar raundu fevralın 1-nə planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında məlumat verib.

"Daha öncə komandaların bazar günü yenidən görüşəcəyini müzakirə etmişdik. Bu görüşün vaxtını sürətləndirə bilsək yaxşı olardı", - Zelenski ​​bildirib.

Əbu-Dabidən qayıdan Ukrayna nümayəndə heyətinin hesabatını nəzərdən keçirdikdən sonra Zelenski tərəflərin müxtəlif hərbi məsələləri müzakirə etdiyini qeyd edib. O əlavə edib ki, bu məsələlərin bəziləri ilə bağlı qərarlar növbəti görüşə qədər verilməlidir.

BƏƏ-də üçtərəfli danışıqlardan sonra Zelenski tərəflərin 20 bəndlik planı müzakirə etdiyini və problemli məsələlərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.