BAKI, 26 yanvar. TELEQRAF
ABŞ vitse-prezidentinin Cənubi Qafqaza gözlənilən səfərində Gürcüstanın kənarda qalması məntiqlidir. Çünki səfər birbaşa Zəngəzur məsələsinə həsr olunub.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan-Amerika münasibətlərinin hazırkı vəziyyəti hamıya məlumdur: "Əlaqələrin dondurulmasında əvvəlki ABŞ administrasiyası günahkardır. Vaşinqton müvafiq addımlar atacağı təqdirdə Gürcüstanın strateji əməkdaşlığa yeni başlanğıc etməyə hazırdır"