BAKI, 26 yanvar. TELEQRAF
Rusiyadan Ukrayna infrastrukturuna zərbələri dayandırması istənilsə də, bizə qarşı dron hücumları davam etdirilir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşündə bildirib.
Söhbət zamanı regional qubernator dron hücumlarından qorunmaq üçün 17 obyektdən 16-sının tikintisinin başa çatdığını qeyd etdi. Drozdenko vurğulayıb ki, dron hücumları davam edir.