BAKI, 3 dekabr. TELEQRAF
Rusiya ilə ABŞ arasında nümayəndələr və köməkçilər səviyyəsində əlaqələr davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uittkoff və iş adamı Jared Kuşner ilə görüşdən sonra məlumat verib.
Onun sözlərinə görə, amerikalı tərəfdaşlar ölkələrinə qayıtdıqdan sonra görüşdə müzakirə olunan məsələləri öz aralarında dəyərləndirəcəklər və daha sonra telefon vasitəsilə Rusiya tərəfi ilə yenidən əlaqə saxlanılacaq.
“Onlar geri dönəcəklər, bu gün toxunulan məsələləri müzakirə edəcəklər və hesab edirəm ki, bundan sonra bizimlə telefon əlaqəsi yaradılacaq və danışıqlar davam edəcək”, - Uşakov bildirib.