BAKI, 3 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff arasında Ukrayna ilə bağlı məsələlərin müzakirə olunduğu görüş təxminən beş saatdan sonra başa çatıb.

Teleqraf xəbər verir ki, görüş Moskvada keçirilib və qapalı formatda baş tutub.

Danışıqların məzmunu barədə hələlik rəsmi açıqlama verilməyib.

***

00:48

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff arasında Kremldə keçirilən görüş dörd saatdan artıqdır davam edir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, danışıqlar qapalı formatda aparılır, hələlik başa çatması ilə bağlı rəsmi açıqlama verilməyib.

Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev iştirak edir.

Amerika tərəfini isə iş adamı, investo Jared Kuşner təmsil edir.