BAKI, 30 noyabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ABŞ hakimiyyətinə 18 ay sonra səlahiyyətlərini təhvil verməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı yayıb.
Məlumata görə, Maduronun təklifi ABŞ tərəfindən böhranı aradan qaldırmaq imkanı kimi qiymətləndirilsə də, Vaşinqton Maduronun dərhal istefasını tələb etməyə qərar verib.