BAKI, 28 noyabr. TELEQRAF
Vaşinqton yaxın vaxtlarda Venesueladan narkotik tədarükünün qarşısını quru yolla almağa başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə söhbətində danışıb.
Tramp hazırda narkotiklərin dəniz yolu ilə daşınmasının 85 faiz azaldıldığını qeyd edib.
“Biz artıq çox şey etmişik. Dəniz yolu ilə tədarük 85% azalıb. İnsanlar artıq narkotikləri dənizlə daşımaq istəmirlər və biz onları quru yolla dayandırmağa başlayacağıq. Quru yolla bunu etmək daha asandır və bu, çox tezliklə başlayacaq”, - deyə ABŞ lideri vurğulayıb.
Onun sözlərinə görə, yeni tədbirlər narkotik axınının tam nəzarət altına alınmasına yönələcək. Məlumata əsasən, əsas tranzit istiqamətlərindən biri də Venesuela olaraq qalır.