BAKI, 19 noyabr. TELEQRAF
Qdansk şəhərindəki Baş Konsulluğun bağlanmasına cavab olaraq Rusiya Polşanın ölkədəki diplomatik və konsulluq mövcudluğunu azaldacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariy Zaxarova bildirib.
***
13:04
Polşa ölkədə son fəaliyyət göstərən Rusiya Baş Konsulluğunu bağlamağa qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski Seymdə (Polşa parlamentinin aşağı palatası) çıxışı zamanı bildirib.
"Mən Qdanıskdəki Rusiya Baş Konsulluğuna verilmiş iş icazəsini geri götürmək qərarı qəbul etmişəm",- o qeyd edib.