BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Quru Qoşunları Prezident Donald Trampdan və Pentaqon rəhbəri Pit Heqsetdən əmr gəldiyi halda Venesuelada ordu yerləşdirilməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalına müsahibəsində ABŞ Quru Qoşunları naziri Daniel Driskoll məlumat verib.

Onun sözlərinə görə, qoşunlar regionda çoxsaylı təlimlər keçirir və zərurət yaranacağı təqdirdə əməliyyatlara dərhal başlaya bilərlər.

“Biz prezident və ya müdafiə nazirinin göstərişi olarsa, hərəkətə keçməyə hazırıq”, - Driskoll bildirib.