BAKI, 15 noyabr. TELEQRAF
Yaponiya baş naziri Sanae Takaiçi ölkədə qüvvədə olan üç “nüvəsiz prinsip”inin (nüvə silahına sahib olmamaq, istehsal etməmək və ölkə ərazisində yerləşdirməmək) yenidən nəzərdən keçirilməsi üçün hakim Liberal Demokrat Partiyada (LDP) müzakirələrə başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Mainichi" qəzeti məlumat yayıb.
Məlumata görə, Takaiçi bu prinsiplərin dəyişdirilməsinin tərəfdarıdır. Onun fikrincə, ölkədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa ABŞ-nin deterent və müdafiə imkanlarına mənfi təsir göstərir. Vaşinqton isə faktiki olaraq Yaponiyanın təhlükəsizliyinin əsas təminatçısı sayılır.
Qeyd olunur ki, LDP-nin yeni koalisiya tərəfdaşı “Yaponiya Yenilənmə Cəmiyyəti” partiyası da müzakirələrə qoşulacaq.