BAKI, 12 noyabr. TELEQRAF
Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Minoru Kihara məlumat verib.
Onun sözlərinə görə, Tokio atacağı addımları sülhün bərqərar olması baxımından effektivlik və Yaponiyanın milli maraqları əsasında müəyyən edəcək.
“Hökumət Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün nə effektivdirsə və milli maraqlarımız baxımından nə zəruridirsə, onu kompleks şəkildə qiymətləndirərək qərar verəcək. Bununla yanaşı, G7 ölkələri başda olmaqla beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəyik,” - Kihara bildirib.
Eyni zamanda o, Böyük Britaniyanın Rusiya mənşəli maye təbii qaz (LNG) daşımalarına sığorta qadağası tətbiq etməsi barədə yayılan xəbərləri şərh etməkdən imtina edib.