BAKI, 1 noyabr. TELEQRAF

ABŞ-nin Müdafiə Nazirliyi transgender hərbi qulluqçuların ixtisar edilməsinə qarşı çıxmaq və xidmətlərini davam etdirmək imkanlarını məhdudlaşdıran yeni qaydalar təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Associated Press (AP) daxili sənədlərə istinadla xəbər verir.

Yeni siyasət hərbi ixtisarlar üzrə xüsusi komissiyalara aiddir. Əvvəl komissiyalar qərar verib xidmətçinin xidmətini davam etdirməsinə icazə verə bilərdi, lakin indi hərbi rəhbərlik bu qərarları ləğv etmək hüququna malikdir.

Əlavə olaraq, transgender hərbi qulluqçular komissiya iclaslarında doğulduqları cinsiyyətə uyğun formada iştirak etməyə məcburdurlar. Tələblərə əməl edilmədikdə iclas şəxs olmadan keçirilir və gələcəkdə bu, qarşı tərəfə qarşı istifadə edilə bilər.