BAKI, 28 oktyabr. TELEQRAF

Yaponiyanın yeni baş naziri Sanae Takaçi ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Nippon TV" məlumat verib.

Bildirilib ki, Takaçi bu niyyətini Trampa 28 oktyabrda Tokioda keçiriləcək ilk görüşləri zamanı bildirəcək.

Xatırladaq ki, Tramp əvvəllər bir neçə dəfə Nobel Sülh Mükafatına layiq olduğunu iddia edib. Lakin 10 oktyabrda Nobel Komitəsi 2025-ci ilin mükafatını Venesuelalı Mariya Korina Maçadoya təqdim edib.