BAKI, 22 oktyabr. TELEQRAF
Avstraliya baş naziri Entoni Albanezenin təyyarəsi ABŞ ərazisində təcili eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə "SBS" telekanalı məlumat yayıb.
Məlumata görə, enişin səbəbi ekipaj üzvünün özünü pis hisa etməsi olub. Hadisə baş verən gün Albanize ABŞ Prezidenti Donald Tramp ilə danışıqlardan sonra geri dönürmüş.
“Təyyarə tibbi müdaxilə tələbinə görə təcili eniş edib. Vaşinqtondan Avstraliyaya yola düşən reys Missuri ştatının Sent-Luis şəhərində yerə enib”, – deyə məlumatda bildirilir.