BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dənizçilik Təşkilatının karbon emissiyasını azaltmaq təşəbbüsünü dəstəkləməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, 17 oktyabrda Londonda təşkil olunacaq qlobal karbon vergisi səsverməsindən qəzəblidir. O vurğulayıb ki, Vaşinqton bu təşəbbüsü dəstəkləməyəcək və heç bir şəkildə ona riayət etməyəcək.

Prezident həmçinin digər ölkələrdən səsvermədə təşəbbüsə qarşı çıxmağı tələb edib.